“Maaşlarda real artım 30 faizdən də az olacaq”- İqtisadçı şərhi
Prezident İham Əliyevin müəllimlərin maaşının artırılması ilə bağlı verdiyi sərəncam müzakirə mövzusuna çevrilib.
“Qafqazinfo” xəbər verir ki, iqtisadçı Rövşən Ağayev sərəncamla bağlı fikirlərini özünün facebook səhifəsində paylaşıb. Ekspertin maaş artımı ilə bağlı fikirlərini təqdim edirik:
“Müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması doğru yanaşmadı. Amma gələcəkdə bu sistem əsaslı qaydada işlənməli və şagird nailiyyətləri müntəzəm və avtomatik olaraq müəllimlərin maaşına təsir göstərməlidi.
İndilikdə isə çox güman ki, müəllimlərin məvaciblərinin arıtımı ilə bağlı ölkə prezidentinin bu gün imzaladığı sərəncam ən çox müzakirə edilən məsələlərdən biri olacaq. Bu sərəncamla bağlı aydınlaşdırılmalı bəzi suallar var.
1) Hazırkı müəllim sıxlığı şəraitində dərs yükünün 18 saata çatdırması çox çətin görünür. Xüsusilə də müəllimlərin sıx olduğu şəhər yerlərində pedoqoji heyətin bir hissəsini ixtisar etmədən dərs yükünün 50% artırılması mümkün görünmür. Əks halda müəllimlərin ən azı 65-70%-nin tam stavka ilə (18 saat) işləməsi mümkün olmayacaq. Tam stavka ilə işləməyən müəllim isə bu artımdan tam bəhrələnə bilməyəcək. Çünki əgər ixtiyari müəllim 18 saat əvəzinə, yenə də 12 saat stavka ilə işləməyə məhkum olacaqsa, onun faktiki aldığı maaş indikindən kəskin fərqlənməyəcək. Hazırda Bakı, Gəncə, Naftalan, Mingəçevir kimi iri şəhərlərdə hər 5-6 şagirdə 1 müəllim düşür. Rayon mərkəzlərində bu göstərici 7-8, kəndlərdə isə 9-dan yüksəkdi. Hesablamalar göstərir ki, indiki müəllim heyyətinin ən azından 25-30%-i ixtisar edilmədən dərs yükünün artırılaması çətindi.
2) Sərəncamda maaş artımı 2 dəfə göstərilsə də, hər saat üçün real artım 30%-dən də az olacaq. Belə ki, qüvvədə olan qanunvericiliyə görə hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka (12 saat) maaşı (10-cu dərəcə) 155 manatdı. Yən hər saat üçün 12.9 manat. Əgər, məsələn hazırkı 12 stavka çərçivəsində maaşları 2 dəfə çoxaldıb 310 manata çatdırısalar, bu zaman paralel olaraq dərs yükü də 50% artırlaraq 18 saata çatdırıldığı halda tam stavka çərçivəsində 1 saatın dəyəri olacaq 16.6 manat olacaq. Yəni bu halda bir saatın zəhməti haqqında 3.7 manat və ya 28.7% artım olacaq.
Amma burda başqa variant da mümkündü: maaşlar 12 saatlıq stavka çərçivəsində 2 dəfə artıraraq hər saat üçün zəhmət haqqı 25.8 manata çatıdırlır və sonra dərs yükü 18 saata yüksəldilir. Bu halda ilk dəfə işə başlayan ali təhsilli müəllim (10-cu dərəcəli) 465 manat, ən yüksək stajlı müəllim (15-ci dərəcə) 620 manat maaş almalıdı. Amma bu variant yəqin ki, olmayacaq və birinci variant seçiləcək.
3) Maaş artımının xeyli hissəsi verginin “qurbanı olacaq”. Vergi Məcəlləsinə görə, hazırda 250 manatadək maaşlardan yaşayış minimumunun əmək qabiliyyətli əhali üçün təsdiqlənmiş məbləğinin 1 misli çıxlır və yerdə qalan məbləğdən 14% vergi tutulur. Yanvarın 1-dən əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun məbləğinin yanvarın 1-dən 140 manat təsdiqləndiyini nəzərə alsaq, deməli ən aşağı stavka üzrə müəllim maaşından cəmi 2 manat gəlir vergisi tutulur (155-140x14%). Amma 2 dəfə artımdan sonra 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək. Nəticədə hər saat üçün faktiki maaş artımı cəmi 2 manat olacaq – indi vergi çıxılandan sonra 12.7 manat təşkil edirsə, 310 manata çatdırılacağı halda 14.8 manat təşkil edəcək.
ŞƏRHİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR
MƏNBƏ: qafqaz.info
Комментариев нет:
Отправить комментарий