суббота, 24 октября 2015 г.

"İTE - Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi

Biz kimik ?

ITE (Innovative Technologies in Education-Təhsildə İnnovativ Texnologiyalar) əlavə təhsil mərkəzi 2012-ci ildə təsis edilib. Bizim şüarımız kadr potensialının gücləndirilməsi vasitəsilə təhsilin transformasiyası və inkişafıdır.
ITE əlavə təhsil mərkəzi təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olur.
Tədris prosesində tamamilə yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş əlavə təhsil mərkəzi olaraq təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstəririk. Əsas prinsiplərimiz əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətimizdə tətbiq etməkdir. Hədəfimiz etibarlı bilik və innovasiya mərkəzi, ekspert, peşəkar məsləhətçi və şəffaf tərəfdaş olmaqdır. ITE əlavə təhsil mərkəzi icra etdiyi proqramların əsas benefisiarı olan təhsil verənlərin peşəkar inkişafına böyük əhəmiyyət verir və qarşılıqlı faydalı əməkdaşlığı olduqca zəruri sayır.
ITE əyani, distant və əyani/distant platformalı tədris texnologiyaları vasitəsi ilə təhsil xidmətlərinin geniş spektrini təqdim edir. Fəaliyyətə başladığı andan ITE əlavə təhsil mərkəzi səmərəli beynəlxalq əməkdaşlıq təcrübəsindən və ekspertlər şəbəkəsindən faydalanaraq təhsil sahəsində öz həllərini təqdim edir.
Pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətini daha da genişləndirmək məqsədilə ITE öz təlim mərkəzini təsis etmişdir. Müxtəlif sahələri əhatə edən və mütəmadi olaraq yenilənən təlimlərimizi və yeni təlim paketlərimizi pedaqoji heyətin diqqətinə təqdim edirik. Hal-hazırda aşağıda qeyd edilən təlimlərimizdən yararlana bilərsiniz:
  • Təhsildə İKT-nin tətbiqi (ilkin səviyyə);
  • Təhsildə İKT-nin tətbiqi (orta səviyyə);
  • Təhsildə İKT-nin tətbiqi (yüksək səviyyə);
  • Kurikulum üzrə müasir dərslərin hazırlanması və qiymətləndirilməsi;
  • Fənn kurikulumun tətbiqi;
  • Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə.

суббота, 14 марта 2015 г.

Müasir müəllim necə olmalıdır?

Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir nüansı müasir səviyyədə olmasını tələb edir. Əgər XXI əsrdə yaşayırıqsa, deməli zamanə ilə uzlaşmaq vacibdir. Hər sahədə yenilikləri tətbiq etmək digər insanlar üçün əlverişlidir. Bu sahələr sırasında müəllim sənəti də həmişə yeniliklər tələb edən sənətdir. Şagird,tələbə, ümumilikdə hər bir öyrənci müəllimdən yeni metodika tələb edir. Bu bir çox müəllimlər var ki, hələ də sovet dövründə öyrəndiklərini tətbiq edirlər. Bu yazıda müasir müəllim necə olmalıdır?, Müəllimin vəzifəsi nədir? və s. kimi mövzular ətrafında danışacayıq.
Müəllim kimdir?
Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki,onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalı və s.
Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim öyrəncilərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Pedogika sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Bu sahəni bilməyən müəllim öyrəncilərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. İdarəedicilik və təşkilatçılıq bacarıqları müəllim üçün vacib olmasa da, amma zəruri şərtlərdən biridir. Çünki dərsdə sinfi idarə eləmək müəllimin üzərinə düşdüyündən bu sahədə biliyi olan müəllim sinfi rahatlıqla idarə edə bilir. Müəllim üçün ən vacib keyfiyyətlərdən biri humanizmdir. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris fəaliyyətinə yüksək tələbkarlıqdan və s. ibarətdir. Müəllim stolu arxasında oturan insan hər şeyə cavabdehdir. O,çox şeyi bilir və bacarır. Hələ vaxtı ilə Sokrat peşəkar pedooqları “fikrin mamaçıları” adlandırmışdır.
Müasir müəllim necə olmalıdır?
Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər.  Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verirlər. Bu çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn,müəllimlərimizin bir çoxu hələ də kompyuterdə işləmək bacarığına malik deyil.  Bu yerdə M.Ə.Sabirin bi şeiri yadıma düşdü.
Əcnəbilər göydə balonlarla gəzir,
Biz hələ avtomobil minməyiriz.
Əgər bir müəllim komyutüerlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa indi dünya üzrə yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır, bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli,onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir. Ümumiyyətlə, artıq yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər.
Qaynaq:  www.celt.az

вторник, 3 марта 2015 г.

Müəllimlərin attestasiyası keçirilir - Naxçıvanda


Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və müəllimlərin əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə martın 1-dən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan dili və ədəbiyyat” fənn üzrə keçirilən ilk attestasiya imtahanında muxtar respublika üzrə 996 müəllim iştirak edib.

İmtahanlar Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün şəhər, rayon mərkəzlərində və qəsəbələrində təşkil edilib. İki saat müddətində yazılı test formasında keçirilən attestasiyada müəllimlərə 40-ı ixtisas, 25-i metodika və 15-i informasiya-kommunikasiya texnologiyaları sahələri üzrə olmaqla, 80 sual təqdim olunub.

суббота, 28 февраля 2015 г.

Məktəblilərin yaz tətili günləri açıqlandı


Orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq
Təhsil Nazirliyi orta məktəblərin yaz tətili günlərinin müddətini açıqlayıb. Nazirlikdən Lent.az-ın sorğusuna verilən cavaba görə, bu il orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq. Orta məktəb şagirdlərinin tətil müddəti martın 24-dək müəyyən edilib
Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bu il martın 20-dən 28-nə (martın 28-i daxil olmaqla) qədər Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

среда, 11 февраля 2015 г.

Prezident 1993 - cü ildə verilən fərmanı ləğv etdi.


Azərbayca Prezidenti İlham Əliyev "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.


Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanı ləğv edilsin.

Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi veriləcək.

понедельник, 9 февраля 2015 г.

“Maaşlarda real artım 30 faizdən də az olacaq”

“Maaşlarda real artım 30 faizdən də az olacaq”- İqtisadçı şərhi
Prezident İham Əliyevin müəllimlərin maaşının artırılması ilə bağlı verdiyi sərəncam müzakirə mövzusuna çevrilib.